Gundemxeber.az » Dünya » Putin "Crocus"da terrorçunu zərərsizləşdirməyə cəhd edən şəxsi ölümündən sonra mükafatlandırıb
“Crocus City Hall”da terrorçunu zərərsizləşdirmək istəyərkən həlak olan Vnukovo Beynəlxalq Hava Limanının əməkdaşı Valentin Nikolaenkov ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edilib.
Gundemxeber.az xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb. “Vətəndaş borcunu yerinə yetirərkən göstərdiyi cəsarət və şücaətə görə, "Vnukovo Beynəlxalq Hava Limanı" Səhmdar Cəmiyyətinin İdarəetmə və Koordinasiya Mərkəzinin direktoru Valentin Viktoroviç Nikolaenkov “İgidliyə görə” ordeni ilə təltif edilsin (ölümündən sonra)”, - fərmanda deyilir.
Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Son məlumata görə, həmin terror aktı nəticəsində 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya "hesaba qatılmamış" sayılır
Gundemxeber.az
13-06-2024, 15:34
1-04-2024, 21:57
30-04-2024, 19:37
5-04-2024, 22:54
6-04-2024, 22:11
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?