28 Fevral Davasında mühakimə olunan General Çevik Bir, General Çətin Doğan, general Erol Özkasnak , general Kenan Deniz və Tuğgeneral İdris Koralpla bağlı azad olunmalarına dair məhkəmə qərarı verilib. Beləcə 28 Fevral Davasında məhbus şübhəli qalmadı. General Çevik Birin bu gecə həbsdən buraxılacağı gözlənilir.
Ankara 13-cü Ağır Cəza Məhkəməsində aparılan duruşmada , məhkəmə sədri Tayyar Köksal , azadlıq tələblərinə bağlı, 5 məhbusa söz verib. İlk olaraq söz alan dövrün Baş qərargah rəisinin müavini General Çevik Bir , Qərb İş Qrupunun ( BCG) legal bir təşkilat olduğunu müdafiə edərək, azad olunmasını tələb edib. General Çətin Doğan da iddianın siyasi olduğunu deyərək, hüquqi əsasının olmadığını irəli sürdü: “İmam Hatib və ilahiyyat fakültələrinin terrora bulaşdığı mövzusunda hərəkat edilməsi üçün əmr verməmişəm”.
Məhkəmə fasilədən sonra məhbus şübhəlilər General Çevik Bir , General Çətin Doğan , general Erol Özkasnak , general Kenan Deniz və Tuğgeneral İdris Koralpın məhkəmə nəzarətində qalmaq şərtiylə azad edilməsinə qərar verdi. Beləcə 28 Fevral iddiası üzrə həbsxanada məhbus şübhəli qalmadı. Aygün
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?