Ermənistan parlamentinin iyulun 12-də növbədənkənar iclası çağırılıb.
Gundemxeber.Az xarici mediaya istinadən xəbər verir ki, parlamentin gündəliyində bir sıra məsələlər var.
"Hökumətin strukturu və fəaliyyəti haqqında" qanuna dəyişiklik edilməsi barədə, "Cinayət-İcra məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi barədə, "Hərbi qulluqçular haqqında" və bununla bağlı qanunlara dəyişikliklər, "Geodeziya və kartoqrafiya fəaliyyəti haqqında" qanunda dəyişikliklər və bununla bağlı qanun layihələri zərfi, "Milli təhlükəsizlik orqanlarında xidmət haqqında" qanuna dəyişikliklər edilməsi barədə, "Ermənistan Respublikasının müdafiəsi zamanı hərbi qulluqçuların həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında" qanuna əlavə və dəyişikliklər haqqında qanun layihələri növbədənkənar iclas zamanı müzakirə olunacaq.
Bildirilib ki, məsələlər yekun oxunuşda qəbul ediləcək.
Sorğu
Yeni dizaynımız necədir?