Rusiya Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının daimi ola biləcəyindən narahatdır.
Gundemxeber.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Onun sözlərinə görə, Qərb ölkələrinin Aİ-nin Ermənistandakı missiyası zamanı Rusiya obyektləri, eləcə də Ermənistanla qonşu olan bütün dövlətlər ilə bağlı kəşfiyyat məlumatları topladığını ehtimal etmək üçün əsas da var: “Bizi həm də narahatıq ki, İrəvanın təsdiqi ilə missiya nəinki genişlənir, əksinə, müvəqqətidən daimiliyə keçmək təhlükəsi yaradır”.
M.Qaluzin qeyd edib ki, Aİ-nin Ermənistandakı missiyasında Kanada nümayəndələrinin görünməsi NATO-nun Cənubi Qafqaza de-fakto daxil olması deməkdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?