ABŞ, Livandakı siyasi təşkilatlardan birinin üzvünü və Əlcəzairdə həyata keçirilən hücuma görə məsuliyyət daşıyan təşkilatı terrorçuların siyahısına salıb.
ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ Xarici işlər nazirliyi, Üsamə Əmin əl-Şibabi adlı bir şəxsə və "Əl-Mulathamun Taboru" adlı təşkilata maddi və digər dəstəyin təmin edilməsini qadağan edən qərar qəbul edib.
Nazirliyin yaydığı müraciətində, təşkilatın və Əl-Şibabi`nin Amertikadakı bütün mülklərinin müsadirə edilməsini və banklardakı hesablarının dondurulmasını tələb etdiyi qeyd olunur.
Qeyd edək ki, 2012-ci ilin sonunda müstəqil təşkilat kimi yaranan "Əl-Mulathamun Taboru"nun Əlcazairdə qaz anbarına həyata keçirdiyi hücum zamanı 3-ü Amerika vətəndaşı olmaqla, 40-a yaxın adam həlak olmuşdu.
Əl-Şibabinin də Livandakı Fəthul-İslam təşkilatının üzvü olduğu bildirilir. İsrail isə bu təşkilatın fəaliyyətinin dondurulması üçün Ağ Evə müraciət etdiyi qeyd olunur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?