ABŞ Gizli Xidməti damından keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdinin edildiyi binaya baxış keçirməyibmiş.
Gundemxeber.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, Gizli Xidmət binanın təhlükəsizliyini yerli hüquq-mühafizə orqanlarına həvalə edib, burada bir zabitin vəzifə yerinə yetirməsi nəzərdə tutulurdu.
NBC telekanalının məlumatına görə, Gizli Xidmət Trampın mitinqindən bir neçə gün öncə bu binanın damını eks-prezidentin təhlükəsizliyinin təmin edilməsində potensial zəiflik nöqtəsi kimi qeyd etsə də, yerli hüquq-mühafizə orqanlarının nümayəndələri sui-qəsd cəhdi zamanı orada yox idi.
Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.
Sorğu
Yeni dizaynımız necədir?