Böyük Britaniya və Avropa İttifaqı "Brexit"dən sonra ilk ikitərəfli sammiti keçirmək niyyətindədir.
Gundemxeber.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti həm London, həm də Brüsseldəki mənbələrə istinadən məlumat yayıb.
Bundan əvvəl Britaniya hökumətinin yeni başçısı Keir Starmer Avropadakı tərəfdaşları ilə münasibətləri bərpa etmək niyyətini açıqlayıb.
Məlumata görə, Aİ-nin Çin və ya Hindistanla keçirdiyi sammit Britaniya ilə də baş tuta bilər. Məsələ Starmer və Aİ Şurasının rəhbəri Şarl Mişel arasında keçiriləcək görüşdə qaldırılacaq. Görüş iyulun 18-də London yaxınlığında baş tutmalıdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?