Theresa May Böyük Britaniyanın Avropa İttifaqından gedişini rəsmi surətdə başladacaq məktubu imzalayıb. Lissabon Müqaviləsinin 50-ci maddəsi altında verilən rəsmi bildiriş Avropa Şurasının prezidenti Donald Tusk-a veriləcək. İyun ayında Britaniya Avropa İttifaqını tərk etməklə nəticələnən referendum keçirib. Xanım May-in məktubu çərşənbə günü Bakı vaxtilə saat 15:30-da Britaniyanın Aİ-dəki səfiri ser Tim Barrow tərəfindən cənab Tusk-a çatdırılacaq. Theresa May-in "Brexit" planı: əsas maddələr Brexit: Sonra nə olacaq? (animasiya) Avropa referendumu: Rusiya Brexit-dən nə qazanır? Brexit: Aİ-ni tərk etməyin beş çətinliyi Britaniyanın ayrılma ödənişi Böyük Britaniya hökuməti, ölkə daxilindəki siyasi müzakirələrdə ara-sıra Aİ-dən "ayrılma ödənişinin" məbləği mövzusunda da tənqidlərə hədəf olur. Brüssel Brexitlə bağlı Londonun xərclərinin təxminən 60 milyard avro olacağını bildirir. Aİ-dən çıxmaqla bağlı konkret danışıqların başlanmasından sonra bu rəqəm ətrafında kəskin mübahisələrin aparılacağı gözlənilir. BBC-ə danışan Brexit naziri David Davis, 60 milyardlıq ödənişlə bağlı Brüsseldən hər hansı bir şərh almadığını bildirir. Nə baş verdi və verəcək? 29 mart, 2017-ci il - Britaniya 50-ci maddəni çağırır 29 aprel, 2017-ci il- Britaniyanın iştirakı olmadan 27 Aİ lideri sammit keçirərək Avropa Komissiyasına Britaniya ilə danışıqlar üçün mandat verir May, 2017-ci il - Avropa Komissiyası danışıqlar təlimatını elan edəcək. Aİ, Aİ-Britaniya ticarət sövdələşməsinin gələcəkdə mümkün paralel danışıqları barədə nəsə deyə bilər May/iyun, 2017-ci il - Danışıqlar başlayır 23 aprel və 7 may, 2017-ci il - Fransada parlament seçkiləri 24 sentyabr, 2017-ci il - Almaniyada parlament seçkiləri Payız, 2017-ci il - Britaniya höküməti Aİ-dən çıxmaq üçün qanunvericilik təqdim edir Oktyabr,2018-ci il- Danışıqlar başa çatmalıdır 2018-ci ilin oktyabr və 2019-cu ilin mart ayları arası - Parlament, Avropa İttifaqı Şurası və AK mümkün müqavilələri səsverməyə qoyur Mart,2019-cu il - Britaniya rəsmi olaraq Aİ-dən çıxır
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?