Rusiya, Azərbaycan və İranın birgə həyata keçirdiyi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində bir sıra işlər görüləcək.
Gundemxeber.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.
“Dəmir yolunun tutumu artırılacaq, nəqliyyat və logistika marşrutları genişləndiriləcək ki, bu da cənub tərəfdaşlarımızla qarşılıqlı fəaliyyətə təsir göstərəcək”, - o vurğulayıb.
A.Novak bildirib ki, layihə çərçivəsində iranlı tərəfdaşlarla bu ölkənin Astara və Rəşt şəhərləri arasında uzunluğu 162 km olan dəmir yolunun çatışmayan hissəsinin tamamlanması barədə razılıq əldə olunub: “Bu, Baltikdən Fars körfəzinə qədər vahid nəqliyyat dəhlizini maneəsiz birləşdirəcək qlobal layihədir”.
Xatırladaq ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında saziş Rusiya, İran və Hindistan hökumətləri arasında 12 sentyabr 2000-ci il tarixində imzalanıb. Azərbaycan bu sazişə 20 sentyabr 2005-ci il tarixli Qanun əsasında qoşulub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?