Gundemxeber.az » Dünya » İran XİN: "ABŞ nüvə sazişi üzrə danışıqlarla bağlı addım atmalıdır"
ABŞ ikitərəfli münasibətlərin yaxşılaşdırılması istiqamətində addım atmalı və nüvə sazişi üzrə danışıqlara başlamalıdır.
Bunu İran xarici işlər naziri səlahiyyətlərini müvəqqəti icra edən Əli Baqeri Kəni “Newsweek” jurnalına müsahibəsində bildirib.
“Bir dəfə ABŞ Prezidenti İranın Ali Rəhbərinə məktub göndərib və bununla bağlı cavab alıb. Bu, ilk dəfə idi. Amma ABŞ-nin yüksək rütbəli iranlı generalı öldürməklə (2020-ci ildə Qasım Süleymani) cinayət törətməsinə cavab olaraq ölkəmiz ABŞ hərbi bazasını (İraqın qərbindəki Ayn əl-Əsəd) bombalayıb. Odur ki, hazırda topun qarşı tərəfdə olduğunu hesab edirik”, - o vurğulayıb.
Xatırladaq ki, Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya tərəfindən nüvə inkişafı ilə bağlı böhranı aradan qaldırmaq üçün İranla imzalanıb. Lakin 2018-ci ilin mayında ABŞ-nin sabiq Prezidenti Donald Tramp ölkəsinin nüvə sazişindən çıxdığını elan edib. Planın bərpası ilə bağlı danışıqlar 2021-ci ilin yazında Vyanada başlayıb, lakin nəticəsiz qalıb.
GUNDEMXEBER.AZ
9-05-2018, 11:38
11-06-2018, 09:59
7-05-2018, 12:32
24-04-2018, 22:06
13-10-2017, 16:23
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?