Gundemxeber.az » Dünya » Ukrayna əhalisi kəskin azalıb - Gələn il 25 miyona enə bilər
Rusiyanin işğalçılıq müharibəsi Ukraynaya təkcə hərbi, iqtisadi, siyasi və s. deyil, həm də demoqrafik zərbə vurub.
Gundemxeber.az xəbər verir ki, Ukrayna Demoqrafiya İnstitutunun məlumatına görə, müharibəyə qədər Ukraynanın nəzarətində olan ərazidə 31 milyon insan yaşayıb, onların 4,9 milyonu xaricə gedib, 5 milyona yaxını isə müvəqqəti işğal olunmuş ərazilərdə yaşayır. Məlumatda deyilir ki, 2025-ci ilə qədər Ukraynada cəmi 25 milyon insan qala bilər.
Bu mövzuyla bağlı Ukrayna Sosial siyasət nazirinin müavini Daria Marçak danışıb. O, qeyd edib ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) proqnozuna əsasən, yaxın 10 il ərzində Ukraynanın əmək bazarında kəsir 8,6 milyon nəfər təşkil edəcək.
İqtisadiyyat Nazirliyinin proqnozuna görə isə bu rəqəm daha az - 4,5 milyon nəfər olacaq. O da qeyd olunub ki, bu gün Ukraynada rəsmi olaraq cəmi 10,5 milyon insan məşğul sayılır. Eyni zamanda, ölkədə 1 milyondan artıq əlil var.
Gundemxeber.az
24-01-2013, 10:22
17-07-2024, 20:51
3-09-2014, 13:43
5-02-2014, 11:00
7-11-2018, 16:24
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?