Gundemxeber.az » Dünya » Orban sülhməramlı missiyası haqqında hesabat dərc edəcək
Macarıstanın Baş naziri Viktor Orban Ukrayna münaqişəsinin həlli yollarını tapmaq üçün iyulun 2-dən 11-dək Ukrayna, Rusiya, Çin və ABŞ-yə səfərlərini əhatə edən sülhməramlı missiyası haqqında hesabat dərc edəcək.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Macarıstan hökuməti başçısının mətbuat katibi Bertalan Havaşi məlumat verib.
Onun sözlərinə görə, missiyasının "aydınlığı və şəffaflığı" üçün Orban Ukrayna Prezidenti Vladimir Zelenski, Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Cinpin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan (Vaşinqtonda NATO sammitində) və keçmiş ABŞ prezidenti Donald Trampla "söhbətlərinin xülasəsini" dərc edəcək. Orbanın Avropa Şurasının sədri Şarl Mişele göndərdiyi təkliflər də dərc olunacaq.
"Baş nazir ümid edir ki, onun hesabatı və təklifləri Avropa Şurası prezidentinin Aİ liderlərinə lazımi vaxtda və düzgün formada təqdim edə biləcəyi istənilən təşəbbüslərə faydalı töhfə olacaq", - Havaşi qeyd edib.
Gundemxeber.az
2-07-2024, 10:11
6-03-2016, 16:37
17-10-2018, 18:10
9-07-2018, 11:50
31-12-2014, 19:19
Sorğu
Yeni dizaynımız necədir?