Rusiya 12 milyon dollarlıq dələduzluqda ittiham olunan sabiq deputat Roman Qoldmanı "qırmızı xətt"lə axtarışa verib.
Gundemxeber.az xəbər verir ki, bununla bağlı İnterpolun saytında məlumat yerləşdirilib.
Bildirilib ki, 48 yaşlı Roman Qoldman xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilir.
Rusiya məhkəmələri tərəfindən Roman Qoldmanın barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və saxlanılaraq təhvil verilməsi üçün İnterpola müraciət edilib.
Qeyd edək ki, Roman Qoldman Krasnoyarsk parlamentinin keçmiş deputatı olub. O həmçinin "Goldman Group"un rəhbəridir.
Rusiya mediasındakı xəbərlərə əsasən yerli məhkəmələr tərəfindən şirkətə məxsus 383 obyekt, o cümlədən Qoldmanın özünə məxsus əmlak da daxil olmaqla, 828 milyon rubl müsadirə edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?