Ruanda Prezidenti Pol Kaqame, seçki komissiyasının açıqladığı ilkin nəticələrə görə, 99,18 faiz səslə dördüncü müddətə yenidən seçilib.
Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Kaqamenin rəqibləri - Demokratik Yaşıllar Partiyasının lideri Frank Habineza və müstəqil namizəd, keçmiş jurnalist Filip Mpayimana müvafiq olaraq 0,53 % və 0,32 % səs toplayıblar.
Xatırladaq ki, Ruandada prezident seçkiləri iyulun 15-də keçirilib. Pol Kaqame isə 2000-ci ildən dövlət başçısıdır.
Sorğu
Yeni dizaynımız necədir?