Türkiyədə PKK terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən doqquz şəxs saxlanılıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb. O bildirib ki, Mersində çəkildiyi deyilən və sosial şəbəkədə yayılan videoda bir qrup şəxsin PKK rəhbərləri lehinə şüarlar səsləndirdiyi müəyyən olunub. Bundan sonra hərəkətə keçən hüquq-mühafizə orqanları tərəfindən şübhəlilərdən doqquz nəfər saxlanılıb. Axtarış tədbirləri nəticəsində bəzi rəqəmsal vasitələr, həmçinin silah-sursat ələ keçirilib.
Nazir bildirib ki, terrorçulara qarşı mübarizə qətiyyətlə davam edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?