Gundemxeber.az » Dünya » G7 Rusiyanın dondurulmuş aktivlərinin istifadəsi ilə bağlı hələ qərar qəbul etməyib
Avropa İttifaqı üzv ölkələrə Rusiya Mərkəzi Bankının aktivlərinin uzun müddətə dondurulması üçün iki ssenari təklif edib.
Yeddilik Qrupu (G7) ölkələri Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanı dəstəkləmək üçün istifadə etmək barədə hələ qərar verməyiblər. Bu barədə Yaponiyanın maliyyə naziri Syunyiti Sudzuki "Böyük Yeddiliy"in maliyyə nazirlikləri və mərkəzi bankların rəhbərləri arasında keçirilən danışıqlardan sonra bildirib.
Bunu "Kyodo" agentliyi xəbər verib.
"Bu dəfə heç bir qərar verilmədi. Biz müzakirələri davam etdirəcəyik" - Sudzuki bildirib.
Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı üzv ölkələrə Rusiya Mərkəzi Bankının aktivlərinin uzun müddətə dondurulması üçün iki ssenari təklif edib.
Bundan əvvəl İtaliyanın baş naziri Cordca Meloni bildirmişdi ki, G7 ölkələri Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə əldə olunacaq 50 milyard dollar məbləğində kreditin verilməsi barədə razılığa gəliblər.
GUNDEMXEBER.AZ
24-01-2024, 11:41
24-04-2024, 10:14
26-07-2024, 15:11
14-06-2024, 12:12
21-05-2022, 15:23
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?