Gundemxeber.az » Dünya » Çinin ABŞ-dən tələbi məlum oldu
Çin hakimiyyəti ABŞ-nin Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozmasını qəbuledilməz hesab edir və müvafiq ABŞ silahlarının Avropa ərazisindən çıxarılmasını tələb edir.
GUNDEMXEBER.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.
"ABŞ-nin nüvə silahlarının onlara malik olmayan NATO ölkələrinin ərazisinə yerləşdirilməsi və bu silahların həmin dövlətlərin qırıcı təyyarələri tərəfindən çatdırılmasına icazə verməsi müqavilənin açıq şəkildə pozulmasıdır", - o, brifinqdə deyib.
Pekin razılaşmanı pozan dövlətləri "soyuq müharibə zehniyyətindən" əl çəkməyə çağırır. XİN nümayəndəsi nüvə silahının eyni şəkildə Asiya-Sakit okean regionuna daşınmasının qəbuledilməz olduğunu da vurğulayıb.
Xatırladaq ki, Nüvə Silahlarının Yayılmaması Sazişi 1968-ci ildə bağlanıb və Rusiya, Böyük Britaniya, Çin, ABŞ, Fransanın nüvə arsenallarını qanuniləşdirib. Sənədi imzalayan digər dövlətlər kütləvi qırğın silahı yaratmaq və ya əldə etmək hüququndan məhrumdurlar. 190-dan çox ölkə sazişin iştirakçısıdır. İsrail, Hindistan, Pakistan, Şimali Koreya 2003-cü ilin yanvarında müqavilədən çıxıb.
GUNDEMXEBER.AZ
17-07-2019, 14:18
22-10-2019, 09:15
31-10-2017, 18:33
4-03-2016, 11:45
29-04-2019, 10:49
« Fevral 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 |
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?