Bu gün Əmlak Xidmətləri Məkanında dövlət mülkiyyətinə keçirilən 2 min 525 adda müxtəlif təyinatlı mal hərrac vasitəsiylə satışa çıxarılır.
Gundemxeber.az yeniavaz.com-a istinadlaxəbər verir ki, hərraca çıxarılan mallar Dövlət Gömrük Komitəsinin tabeliyində fəaliyyət göstərən “Azərterminalkompleks” Birliyinin anbarında yerləşir.
Məlumat üçün bildirək ki, hərraca çıxarılan malların start qiymətləri mövcud bazar qiymətlərindən dəfələrlə aşağıdır.
Dövlət mülkiyyətinə keçirilən və bu gün hərrac vasitəsi ilə satışa çıxarılan 2 min 525 adda maldan bəzilərinin adları və qiymətini təqdim edirik:
– Kitablar –5 qəpik (441 ədəd) – İçində kəmər, açar və pul qabı olan nabor – 60 qəpik (32 ədəd) – Qulaqcıqlar – 3 qəpik (10 ədəd) – Gün eynəyi – 6 qəpik (3 ədəd) – Viva markalı oboy – 1,5 manat (1 rulon) – Hover markalı işlənmiş tozsovuran – 1,5 manat (1 ədəd) – Balıq tutmaq üçün avadanlıq – 60 qəpik (2 ədəd) – Qadın və kişi qol saatları (yeni) – 2 manat (12 ədəd) – Təyinatı bilinməyən dəmir – 40 qəpik (3 kq) – Karaca markalı fincan dəsti – 1 manat (1 ədəd) – Tava – 10 qəpik (1 ədəd) – Üzərində reklam yazıları olan kepkalar – 6 qəpik (101 ədəd) – Çilçıraq (5 patronlu) – 2 manat (1 ədəd) – Əlüzyuyan (moydadır) – 4 manat (1 ədəd) – Uşaq üçün manej (yeni) – 1,5 manat (1 ədəd)
Sorğu
Yeni dizaynımız necədir?