Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçiriləcək hərracda Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) məxsus olan 27 ədəd nəqliyyat vasitəsi satışa çıxarılacaq.
Gundemxeber.Az Komitədən açıqlanan məlumatlara istinadən bildirir ki, hərraca çıxarılacaq nəqliyyat vasitələri arasında ən ucuzu 3000 manat, ən bahalısı isə 5500 manat olacaq.
DTX tərəfindən satışa çıxarılan 2004-ci il istehsalı olan 2 ədəd “VAZ-2121” markalı avtomobilin hər birinin ilkin satış qiyməti 3000 manat olacaq.
DTX-yə məxsus 2010-cu il istehsalı olan “Chevrolit Niva” markalı avtomobil isə 5500 manata satışa çıxarılacaq.
18 may 2021-ci il tarixində DTX tərəfindən satışa çıxarılacaq nəqliyyat vasitələrini təqdim edirik:
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?