HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə qisas alınacaq.
Gundemxeber.az xəbər verir ki, bu barədə məlumat İran Ali Milli Təhlükəsizlik Şurasının “X” hesabında yayılıb.
Qeyd olunub ki, Haniyənin öldürülməsi “qorxaq bir hərəkətdir” və onu törədənlər şübhəsiz, cavablarını alacaqlar.
Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?