Gundemxeber.az » Dünya » Tramp əsas ştatların çoxunda Harrisə uduzur
Keçmiş ABŞ lideri Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərinin nəticələrinə təsir edən yeddi ştatdan dördündə ABŞ-nin vitse-prezidenti Kamala Harrisə uduzur.
Gundemxeber.az xəbər verir ki, bu barədə “Bloomberg” və “Morning Consult”un keçirdiyi sorğunun nəticələrində göstərilib.
Harris Arizona (49% - 47%), Viskonsin (50% - 47%), Miçiqan (53% - 42%), Nevada (47% - 45%) ştatlarında Tramp üzərində üstünlüyə malikdir.
Corciya ştatında namizədlər eyni səviyyədə dəstək alsalar da (47%), Tramp Pensilvaniya (50%-46%) və Şimali Karolinada (50%-46%) daha çox dəstəkçiyə malikdir.
Sorğu iyulun 24-dən iyulun 28-dək aparılıb və 17 ştatdan 5 minə yaxın amerikalı seçici iştirak edib.
Gundemxeber.az
14-09-2020, 10:57
27-02-2019, 12:22
24-03-2018, 13:58
5-11-2020, 17:41
27-11-2018, 13:15
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?