Çərşənbə axşamı Birləşmiş Ştatlar Gürcüstanın bu yaxınlarda qəbul edilmiş “Xarici agentlər haqqlnda“ Qanunu ilə bağlı narahatlığını bir daha təkrarlayıb, çünki Gürcüstan hökuməti onu tətbiq etməyə hazırlaşır.
Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel TURANın suallarını cavablandırarkən brifinqdə deyib: “Bu məsələ ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır və bu qanunla bağlı narahatlıqlar çox ciddi olaraq qalır”. “Belə təəssürat yaranır ki, bu qanun Kremlin ssenarisi ilə yazılıb və humanitar təşkilatlara, qeyri-hökumət təşkilatlarına, hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı yönəlib. Patelin şərhləri Gürcüstanın Ədliyyə Nazirliyində xarici agent kimi tanınan təşkilatların qeydiyyatı və monitorinqi departamentinin yaradılmasından sonra gəlib. Çərşənbə axşamı Senatın Xarici Əlaqələr alt komitəsi qarşısında çıxış edən dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen deyib ki, Gürcüstan “yanlış yoldadır” və “Aİ və NATO-ya arxa çevirib” və buna sevinən yeganə ölkə Rusiyadır. O’Brayen ABŞ-ın Gürcüstana etdiyi bütün yardımları nəzərdən keçirdiyini və Aİ Gürcüstanın Aİ-yə üzvlük yolunun böyük ehtimalla dalana dirəndiyini bildirib. O, həmçinin insan haqlarını pozan gürcü məmurlarına qarşı sanksiyaların tətbiq oluna biləcəyini də istisna etməyib. Ötən həftə ABŞ Helsinki Komissiyasının rəhbərləri dövlət katibi Blinkenə məktub göndərərək Gürcüstanın keçmiş baş naziri, milyarder Bidzina İvanişviliyə və onun yaxın çevrəsinə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?