GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » TRAMP “XAOS GƏTİRƏCƏK”, HARRİS İSƏ “KÜT VƏ SAVADSIZDIR”... - Amerikalılar iki yerə bölünüb

TRAMP “XAOS GƏTİRƏCƏK”, HARRİS İSƏ “KÜT VƏ SAVADSIZDIR”... - Amerikalılar iki yerə bölünüb

Tarix: 1-08-2024, 18:37 Bölmə :Dünya Baxış: 138

ABŞ-də keçiriləcək prezident seçikləri yaxınlaşdıqca namizədlər və onların dəstəkçiləri bir-birilərinə qarşı ifadələrini sərtləşdirirlər. Bu isə gərginliyin daha da şiddətlənəcəyindən xəbər verir.

Vitse-prezident Kamala Harrisin Demokratların namizədi olacağına artıq heç kim şübhəylə yanaşmır. Son rəy sorğularının nəticələrinə görə, Kamala Harris az fərqlə Donald Trampın gerisindədir. Amma müstəqil analitiklər və sosial texnoloqlar kimin qalib gələcəyi barədə konkert fikir söyləmirlər və hesab edirlər ki, indiki şərtlər daxilində şanslar bərabərdir.

Demokratlar partiyasının namizədi Kamala Harrisi irəlidə çox çətin mübarzə gözləyir. Harrislə bağlı bir neçə gün bundan öncə yaranmış eyforiya və süni ajiotaj öz yerni tədricən reallığa buraxır. Onun namizədliyinin Demokratların öndə gələn nümayəndələri tərəfindən müsbət qarşılanması və qısa müddətdə seçki fonduna böyük pullar yığıldığına görə çoşqu yaşanmışdı ki, bu da tamamilə təbii haldır. Unutmayaq ki, ABŞ-nin bütün meynsrtim televiziya kanlalları və qəzetləri durmadan onu təbliğ edəcəklər.

Bəs niyə KİV-lər Demokratların mətbuat orqanı kimi davranırlar?

Əgər ABŞ-də söz azadlığıdırsa və partiyalar arasında Senatda və Nümayəndələr Palatasında demək olar ki, paritet varsa və indiyədək Respublikçılar içərisindən çoxsaylı prezidentlər çıxıbsa, onda gərək mətbuatın rəğbəti də tən yarı bölünsün. Yəni, məntiq bunu diktə edir. Məsələ ondadır ki, əsl həqiqətdə KİV-lərin və sosial şəbəkələrin əksəriyyəti ABŞ-dəki böyük maliyyə-bank quruluşları tərəfindən dəstəklənir. Onlar da öz növbələrində Demokratların himayəçiləridirlər. Lakin son zamanlar sosial şəbəkələr içərisində Respublikaçılara tərəf meyllənmə güclənib.




Mental və ideoloji cəhətdən ölkə əhalisi demək olar ki, iki yerə bölünüb. ABŞ-də Demokratlar partiyası əsas üstünlüyü böyük şəhərlərdə qazanırlar. Bunun səbəbi ABŞ iqtisadiyyatının və sosial sisteminin quruluşuyla bağlıdır. ABŞ-nin istehsal gücü aşağı düşsə də, onun maliyyə potensialı və ələlxüsus da dolların dünya ticatətindəki yeri və ehtiyat valyuta kimi istifadəsi mühüm rol oynayır.

ABŞ-də seçicilərin kimə səs verəcəyinin müəyyənləşdirilməsi əsasən “yellənən ştatlar”-da(Swing states) həlledici olur. Əgər son iyirmi ildəki seçkiləri nəzərə alsaq, bu cür təxminən səkkiz ştat var. Lakin digər ştatlarda da siyasi baxışların dəyişikliyə uğraması mümkündür.

Respublikaçıları və Demokratları bir-birindən ayıran fərqlər içərisində iqtisadi durum xüsusi önəm daşıyır. ABŞ-dəki əhalinin böyük bir kəsimi xidmət sahəsində çalışır və həm də ucuz kreditləşmə sayəsində cəmiyyətin alıcılıq qabiliyyəti yüksək səviyyədə saxlanılır. Şəhərlərdə istehsalla məşğul olmayan istehlakçılar ordusu daxili sənayenin yox, əsas etibarı ilə Çin və Avropa sənayesinin dəstəkləyicisi rolunda çıxış edirlər. Bu, onları qane edir, çünki banklar əhaliyə bol kredit verir, onlar isə real zəhmətlə qazanılmayan pullar hesabına yaşamlarını sürdürməkdən məmnun qalırlar.




Düzdür, indi ABŞ-də inflyasiya yüksəlib, alıcılıq imkanları öncəki dönəmlərlə müqayisədə zəifləyir, lakin köhnə çarx hələ ki, işləyir. Demokratlar Partiyası çalışmayan əhaliyə dövlət tərəfindən çoxçeşidli maliyyə yardımlarının həyata keçirilməsinin tərəfdarıdır.

Barak Obama dönəmində sosial proqramlar çərçivəsində işsizlərə böyük pul dəstəyinə start verilmişdi. Respublikaçılar isə etirazla deyirlər ki, bütün bunlar dövlətin və vergi ödəyicilərinin hədsiz yüklənməsinə gətirib çıxarır.

Deməli, görürük ki, əhalinin istehlak gücünü qaldırmaq üçün ona iki istiqamətdən pul axıdılır.

Birincisi, banklar tərəfindən işləyənlərə, ikincisi isə dövlət tərəfindən işləməyənlərə, daha doğrusu, işləmək istəməyənlərə pul ötürülür. İşləyənlərin pulu geri qaytarması prosesi mürəkkəb kombinasiyalar və ayrı-ayrı banklar arasındakı razılaşmalar sayəsində elə aparılır ki, kreditor arxayınlıqla daim yenidən rahat pul götürə bilsin. Federal Ehtiyatlar Sistemi bu mexanizmi ABŞ hökuməti ilə birlikdə paralel həyata keçirir.

ABŞ-də bazara dollar axıtma prosesi nəticəsində beynəlxalq ticarətdə ən çox qazanan tərəf Çin olub. Çinin böyüməsi və inkişafı məhz amerikalı istehlakçıların hesabına baş verib. Belə çıxır ki, ABŞ öz əlilə özünə qarşı strateji rəqib meydana gətirib. Ona görə də Respublikaçılar bunun dayandırılmasını istəyirlər, lakin onlar hələ ki, yeni və alternativ model təqdim edə bilməyiblər. Seçicilər üçün nəzərdə tutulan populist çıxışlar öz yerində, ancaq ortaya real konsepsiya da qoymaq lazımdır



İndi isə namizədlərin təbliğat kampaniyasına, seçki strategiyasına, onların güclü və zəif tərəflərinə qısaca nəzər yetirək. Trampın arxasında duranlar bir çox məqamları heç də yaxşı hesablamayıblar.

Əvvəla, Respublikaçılar yaşlı namizədi irəli sürməklə, Demokratların buraxdığı səhvi təkrarlayırlar. Demokratlar onlardan fərqli olaraq, nəhayət, qoca və taqətsiz Baydendən yaxa qurtardılar.

İkincisi isə artıq amerikalılar üçüncü dəfədir ki, seçki yarışında eyni adamı - Donald Trampı görürlər. Hətta mühafizəkar baxışlı seçicilər də mütəmadi olaraq eyni simanı görməkdən yorula bilərlər...



Tramp təbliğat-təşviqat kampaniyası zamanı səvhlər edir. Ondan “Vaşinqton bataqlığı”nın qurudulması gözlənilir, lakin o, əsas hədəfi qoyub, kənarlara “atəş açır”. Tramp Kamala Harrisə qarşı birbaşa hücuma keçərək onu küt və savadsız adlandırıb. Əslində bu, heç də yararsız taktika deyil, lakin Trampın özünün təkrar-təkrar bunu söyləməsi və söhbəti lüzumsuz yerə uzatması ona ziyan gətirir. Əgər bu ritorika davam edərsə, o, çox geriyə düşücək.

Respublikaçıların güclü “hücum silahları” sırasında miqrant problemi var. Miqrant məsələsi ilə bağlı ABŞ-də həqiqətən də böyük narazılıq yaranıb.

Digər yandan, Kamala Harrisin keçmiş fəaliyyəti önə çəkilə bilər. O, Los-Ancelesdə polisin sayının azaldılması təşəbbüsü ilə çıxış etmişdi və məhz bunun nəticəsində orada cinayətkarlıq səviyyəsi dəfələrlə artıb. Demokratların sosial proqramlarının iflasa uğramasının da səbəbləri izah edilməlidir.



Hazırda amerikalıları narahat edəcək problemlərdən biri də Demokratların qalası sayılan Kaliforniya ştatında baş verənlərdir. Orada yeniyetmələr üzərində cinsin dəyişdirilməsi kimi cəmiyyətin gələcəyini təhlükəyə atacaq layihələri qanuniləşdirməklə məşğuldurlar. İlon Maskın oğlu ilə baş verənlər buna əyani sübutdur. Maraqlıdır ki, İlon Mask həmişə Demokratları dəstəkləyib və o, Barak Obamanın, Hilları Klintonun, Cozef Baydenin seçki kapmaniyasına böyük maliyyə yardımı göstərib. 



Ancaq öz ailəsində yaşanan hadisədən sonra o, (Maskın yeniyetmə oğluna verilən xüsusi preparatlardan sonra onun cinsi dəyişilib) Demokratların tənqidçisinə və Respublikaçıların tərəfdarına çevrilib. Elə bu səbəbə görə də şirkətlərinin əksər hissəsini Kaliforniyadan Texas ştatına köçürməyə başlayıb.

Demokratlar isə öz növbəsində Trampın hakimiyyətə yiyələnəcəyi təqdirdə ölkənin xaosa qərq olacağını deyirlər. Təbii ki, bu, əks PR kampaniyasıdır, lakin hər halda işləyir. Demokratların seçkilərdə üstün tərəfi rəqiblərinin səhvlərindən yararlanmaq üçün çoxsaylı KİV-lərdən istifadə etmək imkanına malik olmalarıdır.

Seçkilərə hələ xeyli vaxt var və bu müddət ərzində əhalinin tərəddüddə qalan hissəsinin rəğbətini özünə tərəf çəkmək üçün siyasi texnoloji fəndlərdən məharətlə istifadə edən namizəd üstünlüyü ələ alacaq./azpoltika.info

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kamala Harris seçki kampaniyasını TikTok-a daşıyıb

    Kamala Harris seçki kampaniyasını TikTok-a daşıyıb ...

    29-07-2024, 14:54

  • 
  • Tramp qadının ABŞ prezidenti seçilmə ehtimalını etiraf etdi

    Tramp qadının ABŞ prezidenti seçilmə ehtimalını ...

    14-09-2020, 10:57

  • 
  • Kamala Harris vitse-prezidentliyə nominasiyanı qəbul edib

    Kamala Harris vitse-prezidentliyə nominasiyanı ...

    21-08-2020, 15:32

  • 
  • Harris Trampı ÜSTƏLƏDİ

    Harris Trampı ÜSTƏLƏDİ ...

    24-07-2024, 13:43

  • 
  • Kamala Harris Trampı məğlub edə bilərmi?

    Kamala Harris Trampı məğlub edə bilərmi? ...

    23-07-2024, 23:36


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu