Bazar ertəsi ABŞ hakimi Google şirkətinin qeyri-qanuni olaraq öz rəqiblərini sıxışdırdığı və inhisarçılıq tendensiyaları ilə innovasiyanı boğduğu haqda qərar çıxarıb.
ABŞ Dairə Hakimi Amit Mehta hökmü ABŞ Ədliyyə Nazirliyinin Google şirkətinə qarşı qaldırdığı inhisarçılıq ittihamlarına cavab olaraq çıxarıb. Təqribən 10 həftə çəkən məhkəmənin gedişatında Google, Microsoft və Apple rəhbərlərinin ifadələri ilə müşayiət olunan sübut və dəlillərin təqdimatı nəzərdən keçirilib. Mehtanın qərarının dünyanın ən iri axtarış mühərriklərindən bir sayılan şirkətdə və səhm bazarında təlatümlər yaradacağı istisna olunmur. "Şahid ifadələrini və dəlilləri ehtiyatla nəzərdən keçirdikdən sonra gəlib: Google inhisarçıdır və o, bu qismdə inhisarını saxlamaq üçün hərəkət edib," Mehta 277 səhifəlik hökmündə bəyan edib. Google və onun valideyn şirkəti olan Alphabet Inc. üçün bu, xoşagəlməz xəbərdir. Belə ki, şirkət ötən illər ərzində axtarış sinoniminə çevrilərək izləyicilər arasında populyarlıq qazanıb. Hazırda Google-un axtarış platforması gündəlik 8.5 milyard sorğunu cavablandırır ki, bu da 12 il əvvəlki göstəricidən ikiqat çoxdur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?