“Əgər Donald Tramp seçkidə uduzsa, hakimiyyətin dinc yolla ötürülməsini təşkil etməyin mümkün olacağına əmin deyiləm”.
GUNDEMXEBER.AZ xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden CBS telekanalına müsahibəsində deyib:
“Biz Trampı ciddi qəbul etmirik, lakin o, həmişə nə düşündüyünü deyir. Onun məğlub olacağı təqdirdə qan töküləcəyi ilə bağlı iddiası da həmin bəyanatlarına aiddir”, - deyə Bayden bildirib.
Xatırladaq ki, Tramp mart ayında Ohayo ştatında seçkiqabağı mitinq zamanı seçkilər zamanı qan tökülməsini mümkün sayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?