HƏMAS hərəkatının avqustun 15-də Qəzza ilə bağlı danışıqların növbəti raundunda iştirakdan imtina etməsi Fələstin anklavında atəşkəs və girovların azadlığa buraxılmasına dair razılaşmanın əldə edilməsinə məhz kimin mane olduğunu dünyaya göstərir.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman deyib.
“HƏMAS-ın danışıqlarda iştirakdan imtina etməsi ilə bağlı bəyanatları girovların tezliklə qaytarılmasına və Qəzza zolağında atəşkəs cəhdlərinə kimin mane olduğunu bütün dünyaya nümayiş etdirir”, - o bildirib.
Gendelman qeyd edib ki, İsrail danışıqların növbəti raundunda iştirakını artıq təsdiqləyib, lakin məsləhətləşmələrin aparılacağı məkan hələ müəyyən edilməyib.
Xatırladaq ki, avqustun 9-da Misir, Qətər və ABŞ liderləri birgə bəyanat yayaraq İsrail və HƏMAS-ı avqustun 15-də Doha və ya Qahirədə Qəzza zolağında atəşkəslə bağlı danışıqları bərpa etməyə çağırıblar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?