Rusiyanın hüquq-mühafizə orqanları bu ilin əvvəlindən ölkədə 110 terror aktının qarşısını alıb.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Milli Antiterror Komitəsinin sədri, Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bildirib.
“İlin əvvəlindən 110 terror aktının qarşısı alınıb. Terror cinayətlərinin hazırlanması və törədilməsi, terrorizmə haqq qazandırılması və təbliği, terrorçuların maliyyələşdirilməsi və yardım edilməsi ittihamı ilə 1050-dən çox şəxs saxlanılıb”, - o qeyd edib
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?