ABŞ 2022-ci maliyyə ilinin əvvəlindən Ukraynaya göstərdiyi hərbi yardımın dəyərini 8,1 milyard dollar şişirdib.
Gundemxeber.az xəbər verir ki, bu barədə Pentaqonun, Dövlət Departamentinin və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin baş müfəttişlərinin ofislərinin birgə hesabatında məlumat açıqlanır.
Məlumata görə, ABŞ Müdafiə Nazirliyinin Baş Müfəttişi İdarəsi təsadüfi seçimlə aparılan auditin nəticələrinə əsasən müəyyən edib ki, nazirlik Ukrayna hakimiyyətinə təhvil verilmiş hərbi texnikanın dəyərini 1,9 milyard dollar, o cümlədən avadanlıqlar üzrə 653 milyon dollar, əməliyyat materialları və ləvazimatlar üçün 1,25 milyard dollar artıq qiymətləndirib: “Beləliklə, əvvəllər müəyyən edilmiş 6,2 milyard dollar məbləğində müdafiə təyinatlı mallar üçün şişirdilmiş xərclər də nəzərə alınmaqla, PDA (Presidential Drawdown Authority, Pentaqon anbarlarından hərbi yardımın ayrılması) çərçivəsində ayrılmış yardım üzrə artıq hesablanma 8,1 milyard dollara bərabər olub".
Qeyd edək ki, 20 iyun 2023-cü ildə Pentaqon Kiyevə hərbi yardımın Amerika administrasiyasının bildirdiyindən 6,2 milyard dollar ucuz olduğunu etiraf edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?