Amerikanın “Global Fire Power” araşdırma mərkəzi dünya ən güclü 10 ordusunun siyahısını açıqlayıb. “Global Fire Power” araşdırma zamanı əsas 40 faktoru nəzərə alıb. Belə ki, burda müdafiə sahəsinə ayırlan vəsaitin məbləğı, şəxsi heyətin, limanın, ordunun və tankların sayı, eyni zamada maliyyə ehtiyat və s. meyarlar nəzərə alınıb. Mərkəzin hazırladığı siyahını sizə təqdim edirik.
1 . ABŞ ordusu: büdcəsi 689 milyard dollar, hərbi heyət 1,5 milyon nəfər 2. Rusiya ordusu: büdcəsi 64 milyard dollar, hərbi heyət 1,2 milyon nəfər 3. Çin ordusu: büdcəsi 129 milyard dollar, hərbi heyət 2,2 milyon nəfər 4. Hindistan ordusu: büdcəsi 44,2 milyard dollar, hərbi heyət 1,3 milyon nəfər 5. İngiltərə ordusu: büdcəsi 57,8 milyard dollar, hərbi heyət 224 min nəfər 6. Fransa ordusu: 58,2 milyard dollar, hərbi heyət 362 min nəfər 7. Almaniya ordusu: büdcəsi 43,7 milyard dollar, hərbi heyət 148 min nəfər 8. Cənubi Koreya ordusu: büdcəsi 28,2 milyard dollar, hərbi heyət 653 min nəfər 9. İtalya ordusu: büdcəsi 31,9 milyard dollar, hərbi heyət 293 min nəfər 10. Braziliya ordusu: büdcəsi 31,5 milyard dollar, hərbi heyət 371 min nəfər.
Bu sıralamada Türkiyə 11-ci sırada qərarlaşıb. Hazırda Türkiyədə fəal hərbi heyətin sayı 612 min 900 ikən, müharibə vəziyyətində ehtiyyatda olan insan sayı isə 41 milyon 247 mindir.
Türkiyə ordusunda tankın sayı 4 min 460, sualtı qayıqların sayı 14, hava limanların ümumi sayı 98, helikopterlərin sayı 570, daşınabilən tank əleyhinə raketlərin sayı 47 min 25, təyyarələrin ümumu sayı 1512, zirehli hərbi texnikanın sayı isə 7 min 133 ədəddir.
Qeyd edək ki, Türkiyə fəal hərbi heyət sayına görə dünyada 8-ci yerdə, tank sayına görə 5-ci yerdə, tank əleyhinə silah sayına görə 2-ci yerdə, ümumi olaraq isə təyyarə sayına görə 7-ci yerdə qərarlaşıb. “Global Fire Power” araşdırma mərkəzinin hazırladığı siyahıda Gürcüstan 61-ci yerdə qərarlaşıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?