Gundemxeber.az » Dünya » KİV: Netanyahu bu həftə Qahirəyə nümayəndə heyəti göndərəcək
İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdə ABŞ dövlət katibi Entoni Blinkenə Qəzza zolağı ilə bağlı razılaşmaya doğru irəliləmək üçün məsləhətləşmələri davam etdirmək məqsədilə bu həftə Misirin paytaxtı Qahirəyə danışıqlar aparacaq nümayəndə heyəti göndərəcəyini bildirib.
Bu barədə “The Times of Israel” qəzeti adı açıqlanmayan İsrail nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, İsrailin kəşfiyyat direktoru David Barneanın rəhbərlik edəcəyi nümayəndə heyətinə Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bar və girovların mübadiləsi üzrə koordinator, ehtiyatda olan general-mayor Nitsan Alon da daxildir.
Nəşr qeyd edir ki, hər üç şəxs ötən həftənin sonunda Qətərdə Qəzza sövdələşməsinə dair danışıqlarda iştirak edib.
Xatırladaq ki, avqustun 15-də Dohada Qəzza zolağında atəşkəsə nail olmaq və Fələstinin HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi məqsədi ilə məsləhətləşmələrin yeni mərhələsi keçirilib. Misir, Qətər və ABŞ növbəti görüşü bu həftənin sonuna qədər Qahirədə keçirmək barədə razılığa gəliblər.
Gundemxeber.az
6-04-2024, 23:16
13-08-2024, 11:10
27-10-2023, 21:39
30-03-2018, 21:07
3-05-2024, 23:34
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?