Nigeriya hakimiyyəti ölkədə meymunçiçəyi virusunun yayılması təhlükəsinin maksimum olduğunu bəyan edib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, Nigeriyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin rəhbəri Jide İdris bildirib ki, ölkədə artıq 36 ştatdan 33-də 39 təsdiqlənmiş meymunçiçəyinə yoluxma qeydə alınıb. Hələlik ölən yoxdur. Hakimiyyət epidemioloji vəziyyətə gücləndirilmiş nəzarətə keçir və virusun yayılmasının qarşısını almaq üçün yoluxmuş şəxslərlə təmasda olanları müəyyənləşdirir. Yeni yoluxma hallarının vaxtında və erkən aşkarlanması üçün tədbirlər görülür, peyvənd planları tərtib edilir.
Hazırkı meymunçiçəyi epidemiyası Konqo Demokratik Respublikasında başlayıb və Afrikanın 17 ölkəsinə yayılıb. Ümumilikdə 38 min yoluxma halı qeydə alınıb, 1,4 min nəfər ölüb. Afrikanın 5 ölkəsi - Burundi, Konqo Demokratik Respublikası, Keniya, Ruanda və Uqanda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsdiq etdiyi, meymunçiçəyinin yayılmasına qarşı xüsusi tədbirlərin görülməsi tövsiyə olunan ölkələr siyahısına daxil edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?