Türkiyəni silkələyən və bütün dünya ictimaiyyətinin diqqətini çəkən “rüşvət əməliyyatı” ilə bağlı ABŞ-da yaşayan təriqət başçısı Fətullah Gülənin açıqlaması yayılıb.
Cinayətkarlığa qarşı mübarizə aparan məsumların, günahsızların cəzalanmasından narahat olduğunu büruzə verən F.Gülənin əməliyyatı dəstəklədiyi hiss olunur. Əməliyyat zamanı “dinə, hüquqa, haqqa qarşı addım atıblarsa” deyə, özünü və təriqətçilərini (nurçuları) də dolayısı ilə ora aid edən Gülən özünə və yaxınlarına, nahaqq dura-dura haqlını cəzalandırırlarsa, onlara lənətlər yağdırıb, qarğışlar edib.
Bu video-müraciət Türkiyədə başlayan “rüşvət əməliyyatı”nın əsl mahiyyətində nələrin durduğunu bir daha göz önünə sərir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?