Amerikalı sahibkar İlon Mask ABŞ hökumətində işləməyə hazır olduğunu bildirib.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, o, bununla bir gün əvvəl prezidentliyə namizəd Donald Tramp ona etdiyi uyğun təklifə cavab verib.
Tramp qeyd edib ki, seçkidə qalib gələrsə, Maska administrasiyada vəzifə verməyə və ya onu məsləhətçi kimi dəvət etməyə hazırdır. Bununla bağlı Mask özünə məxsus X sosial şəbəkəsində yazıb: “Xidmət etməyə hazıram”.
Maraqlıdır ki, Mask internet memlərindən birində oynayaraq nəşrə öz iştirakı ilə şəkil əlavə edib. Orada sahibkar "Hökumətin effektivliyi departamenti" yazılmış podiumun arxasında dayanır. Bu ifadələrin abbreviaturası "DOGE" (it) kimi oxunur.
Xatırladaq ki, Mask bundan əvvəl ölkənin yeni prezidentini müəyyən etmək üçün noyabrın 5-də keçiriləcək seçkidə Trampı dəstəklədiyini bildirib.
Sorğu
Yeni dizaynımız necədir?