ABŞ-nin Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin seçkiqabağı qərargahı onun prezidentlik yarışında iştirakını elan etdiyi vaxtdan bir ay ərzində təxminən 500 milyon dollar toplayıb.
Gundemxeber.az bildirir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, onun və yarışmadan kənarlaşan ABŞ Prezidenti Cozef Baydenin topladığı vəsaitin ümumi məbləği 1 milyard dolları ötüb, K.Harris təkcə iyul ayında 310 milyon dollar toplayıb.
Bildirilib ki, aktiv ianə yığımı avqust ayında da davam edib, bunların əhəmiyyətli bir hissəsi K.Harrisin seçkiqabağı təşviqat kampaniyası, o cümlədən bir sıra ştatlarda etdiyi çıxışlar fonunda kiçik sponsorlardan daxil olur.
Eyni zamanda, agentliyin məlumatına görə, K.Harrisin prezidentlik yarışındakı rəqibi - respublikaçı Donald Trampın seçki qərargahında ümumilikdə 327 milyon dollar vəsait var ki, bunun da 138,7 milyon dolları iyulda toplanıb.
“Reuters”, həmçinin xatırladıb ki, C.Bayden kampaniyası 2020-ci ildə 1,04 milyard dollar ianə toplayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?