İsrail hərbi kəşfiyyatının rəhbəri, general-mayor Aaron Haliva istefa mərasimi zamanı ötən ilin oktyabrın 7-də ölkənin sərhədlərinin qorunmamasına görə məsuliyyəti öz üzərinə götürüb..
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, o, İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında münaqişənin kəskinləşməsi səbəblərini dərindən araşdırmaq üçün milli araşdırmaya çağırıb.
38 yaşlı veteran aprel ayında təqaüdə çıxdığını elan etsə də, indiyədək vəzifəsini icra edib.
2023-cü il oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın İsrail ərazilərini Qəzza zolağından kütləvi raket atəşinə tutması, həmçinin ölkənin cənubundakı sərhəd bölgələrini zəbt etməsi və insanları girov götürməsi ilə Yaxın Şərqdə vəziyyət gərginləşib.
Nəşr qeyd edir ki, bu vəziyyət əvvəllər faktiki olaraq güclü hesab edilən İsrail hərbi və kəşfiyyat xidmətlərinin reputasiyasını ciddi şəkildə sarsıdıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?