Gundemxeber.az » Dünya » Çində tədqiqat laboratoriyaları bağlandı - SƏBƏB
Americanın International Business Machines(IBM) şirkəti Çində tədqiqat və inkişaf (R&D) fəaliyyətini dayandırır və 1 mindən çox əməkdaşını ixtisar edir.
Bildirilir ki, xüsusilə şirkət Çin İnkişaf Laboratoriyası və Çin Sistemləri Laboratoriyasını bağlayır, ixtisarlar Pekin, Şanxay və Dalyan da daxil olmaqla bir sıra şəhərlərdə işçilərə təsir edəcək.
Jiemian veb-saytının məlumatına görə, IBM-in çinli R&D mütəxəssislərinin həftəsonu şirkətin daxili şəbəkəsinə girişi qapadılıb.
İşçilərin ixtisarı isə bu gün daxili iclasda elan edilib.
SCMP şirkətin sözçüsündən sitat gətirib: "IBM öz əməliyyatlarını müştərilərin xeyrinə uyğunlaşdırır və bu dəyişikliklər onun bütün Çində müştərilərə dəstək vermək imkanına mənfi təsir etməyəcək".
Gundemxeber.az
21-10-2019, 10:51
24-02-2020, 13:24
18-06-2017, 20:02
28-12-2022, 15:04
5-02-2017, 21:03
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?