Rusiyanın paytaxtı Moskvada keçmiş energetika nazirinin müavini Pyotr Bobılyov saxlanılıb.
Gundemxeber.az-ın xarici KİV-ə istinadla məlumatına görə, səbəb bir gün əvvəl Frunzenskaya sahilində kuryerlə baş verən mübahisə zamanı Bobılyovun ona şampan şüşəsini atması olub.
Kuryer xidməti avtomobili idarə edən şəxs deyib ki, onun qarşısına bir neçə adam çıxıb. Onlardan biri maşının həddindən artıq sürətlə sürüldüyünü bildirib.
"O, şampan şüşəsini avtomobilə tərəf atdı və sürücü tərəfindəki şüşəni sındırdı. Qaydaları pozan şəxs saxlanılıb və istintaq üçün polis şöbəsinə aparılıb. Onun Energetika Nazirliyinin kömür sənayesi departamentinin direktoru Petr Bobılyov olduğu məlum olub", - agentliyin həmsöhbəti bildirib.
"REN TV" xəbər verir ki, şüşə parçaları kuryeri kəsib və o, xəstəxanaya aparılıb.
Qeyd edək ki, Bobılyov 2002-ci ildən Rusiyada enerji sektorunda, 2010-cu ildən isə nazirlikdə işləyir. O, 2021-ci ilin oktyabrında nazir müavini vəzifəsinə təyin edilib, bu vəzifədə 2022-ci ilin aprel ayına kimi işləyib. Həmin vaxtdan nazirliyin kömür sənayesinin inkişafı şöbəsinə rəhbərlik edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?