Rusiyada nazir müavini həbs edildi Anatoli Tixonov Moskvanın Basman Məhkəməsi Rusiyanın energetika nazirinin müavini Anatoli Tixonovun 600 milyon rubldan çox pulun mənimsənilməsi ittihamı üzrə həbsinə sanksiya verib.
Bu barədə Gundemxeber.Az RİA “Novosti”yə istinadən xəbər verir.
"Məhkəmə qərara alır: - müstəntiqin vəsatəti təmin edilsin, həbs qəti imkan tədbiri seçilsin", - hakim Valentina Levaşova qərarı elan edib.
İstintaq Komitəsi Tixonova, onun məsləhətçisi Roman Rıjkova, "Lanit" şirkətinin vitse-prezidenti Vladimir Makarova və Viktor Serebryakova külli miqdarda dələduzluqla bağlı ittiham irəli sürüb və bu şəxsləri noyabrın 8-ə qədər həbs etməyi xahiş edib.
İstintaqın rəyinə görə, informasiya sisteminin yaradılması üçün Energetika Nazirliyinə ayrılmış "azı 603 milyon rubl" mənimsənilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?