Gundemxeber.az » Dünya » Londonda karnavalda DƏHŞƏT: 4 nəfər yaralandı, yüzlərlə saxlanılan var
Böyük Britaniyanın paytaxtı London şəhərində yerli polis “Notting Hill”də Afro-Karib dənizi mədəni karnavalında 249 nəfəri saxlayıb.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə Skotland-Yardın bəyanatında deyilir.
Saxlanılan şəxslər satış məqsədi ilə narkotik vasitələrin saxlanılması, təhlükəli silaha sahib olmaq, fövqəladə hallar xidmətinin əməkdaşlarına hücum, quldurluq və cinsi xarakterli cinayətlərdə şübhəli bilinirlər.
Polis bildirib ki, karnaval zamanı 4 nəfər bıçaqlı hücuma məruz qalıb.
Qeyd edək ki, tədbirdə təhlükəsizliyin təmin edilməsinə 7 minə yaxın polis əməkdaşı cəlb olunub.
Ənənəvi "Notting Hill" karnavalı 1964-cü ildən keçirilir. Avropanın ən böyük küçə festivalını hər il bir milyondan çox britaniyalı və xarici turist ziyarət edir. Londonda karnaval günlərində zorakılığın səviyyəsi və küçə cinayətlərinin sayı kəskin şəkildə artır
GUNDEMXEBER.AZ
22-03-2017, 22:13
27-03-2017, 01:52
17-01-2015, 02:17
20-04-2015, 23:23
4-06-2017, 20:44
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?