Londonda parlament binası yaxınlığında baş verən silahlı hücum zamanı 3 polis əməkdaşı yaralanıb.
gundemxeber.az APA-ya istinadən xəbər verir ki, naməlum şəxs Vestminster körpüsündə bir neçə nəfəri avtomobillə vurub və daha sonra parlament binasına yaxınlaşaraq polis nəfərini bıçaqlayıb. O, digər polislər tərəfindən atəş açılaraq zərərsizləşdirilib.
İlkin məlumata əsasən, hadisə nəticəsində 2 dinc sakin ölüb, azı 10 nəfər yaralanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?