Cənubi Koreya "Telegram"a qarşı mövqeyini sərtləşdirməyə qərar verib.
Gundemxeber.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Qeyd olunur ki, respublika Prezidenti Yun Sok-Yel cinsi xarakterli cinayətlərin daha hərtərəfli araşdırılmasına çağırıb. Dövlət başçısı mediada "Telegram"da koreyalı qadınların iştirakı ilə açıq-saçıq foto və videolara rast gəlinməsi barədə yazılan xəbərlərə belə münasibət bildirib: "Bu, anonimliyin qorunmasına əsaslanan texnologiyanın istismarıdır. Bu, açıq-aydın cinayətdir" ,- Yun Sok-Yel bildirib. Agentlik vurğulayıb ki, Koreya Rabitə Standartları Komissiyası çərşənbə günü cinsi istismarlarla mübarizə üçün iclas keçirməyi planlaşdırır. Qeyd edək ki, Hindistan siyasətçiləri də mesencer üzərində nəzarəti gücləndirməyə çağırırlar. Tətbiq qəsb və qumar kimi cinayət fəaliyyətləri ilə əlaqəli olduğu üçün bloklana bilər. Xatırladaq ki, "Telegram"ın yaradıcısı Pavel Durov avqustun 24-də Paris hava limanında saxlanılıb. Fransa polisinin məlumatına görə, o, mesencer vasitəsilə həyata keçirilən qanunsuz hərəkətlərin ortağıdır. Fransada iş adamını 20 ilə qədər həbs gözləyir.
Sorğu
Yeni dizaynımız necədir?