Gundemxeber.az » Dünya » Zaxarovadan sərt açıqlama: "İstənilən silahla Rusiyanı vurmağa icazə verirlər"
"ABŞ faktiki olaraq Ukrayna ətrafında silahlı münaqişənin tərəfinə keçib. Amerikalılar gərginliyin dərəcəsini günbəgün artırırlar".
Gundemxeber.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqtonun Kursk bölgəsində Amerikanın silahlarından istifadə etmək üçün Kiyevə verdiyi icazəni şərh edərkən bildirib.
“Ölkəmizə “strateji məğlubiyyət” vermək istəyən Vaşinqton Rusiya ilə gərginliyin dərəcəsini günbəgün artırır. Bir sıra yüksək rütbəli amerikalı məmurların rəsmi bəyanatlarının əksinə olaraq bundan yayınmağa çalışmır”.
Diplomatın fikrincə, ABŞ-ın eskalasiya kursu getdikcə daha çox təxribatçı olur.
"ABŞ açıq-aydın Kiyevə demək olar ki, istənilən silahdan Rusiya ərazisində istifadə etmək hüququ verməyə hazırlaşır.
Bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin avqustun 26-da keçirdiyi brifinqdə verdiyi bəyanat da təsdiqləyir".
Zaxarovanın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə zərbələr zonasının genişləndirilməsi perspektivləri barədə suala Kirbi cavab verib ki, əslində, ABŞ və Kiyev rejimi arasında belə müzakirələr qapalı şəkildə aparılır.
Bir müddət əvvəl Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib ki, ABŞ Ukraynaya Kursk bölgəsində terror aktı zamanı Amerika silahları ilə Rusiyaya əks hücuma keçməyə icazə verir.
Gundemxeber.az
26-02-2016, 12:18
21-06-2021, 10:20
6-12-2017, 10:56
29-04-2021, 09:57
7-07-2016, 19:38
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?