Gundemxeber.az xarici KİV-ə istinadla bildirir ki, Fransanın keçmiş prezidenti Fransua Olland amerikalı sahibkar İlon Maskı "İblis"lə müqayisə edib.
"Onun Yelisey sarayında qəbul edildiyini görəndə düşünürəm ki, bu, "İblis"i evinizə dəvət etmək kimi bir şeydir. Amma görünür, bu, Emmanuel Makronu narahat etmir" , - deyə Olland bildirib. Fransanın hazırkı Prezidenti Makron amerikalı iş adamı ilə ötən il Parisdə görüşüb. Olland əlavə edib ki, onun fikrincə, İlon Mask insanlıq üçün yaxşılıq arzulamır. Qeyd edək ki, avqustun 26-da Britaniya parlamentinin keçmiş üzvü və Britaniya Fəhlə Partiyasının rəhbəri Corc Qallouey "Telegram"ın qurucusu Pavel Durovun Fransada həbsindən sonra Maskı Avropaya səfərlərdən çəkinməyə çağırıb.
Sorğu
Yeni dizaynımız necədir?