Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev eks-prezident statusunun bərpa olunmasını xahiş edib.
Gundemxeber.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı parlamentə müvafiq məktub daxil olub.
Parlamentin Konstitusiya qanunvericiliyi, dövlət quruculuğu, məhkəmə-hüquq məsələləri və reqlament komitəsinin rəhbəri Çolpon Sultanbekova bildirib ki, Ə.Akayevin adından parlament sədrinə ünvanlanmış məktub iyulun 30-da daxil olub.
“Bu, vaxt tələb edən prosesdir. Bütün fraksiyalar və deputatlarla məsləhətləşmələr aparılmalıdır. Məqsədəuyğun olduğu halda bu məsələ gündəliyə daxil ediləcək və qərar veriləcək”, - Ç.Sultanbekova bildirib.
KİV-in məlumatına görə, "Zanbaq inqilabı"ndan (2005) demək olar ki, dərhal sonra parlament Ə.Akayevi “birinci prezident” statusundan məhrum edib. 2010-cu ilin aprel inqilabından sonra isə müvəqqəti hökumətin qərarı ilə o, “keçmiş prezident” statusundan da məhrum edilib
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?