Qırğızıstanın sabiq prezidenti Kurbanbek Bakıyev qiyabi olaraq 24 il müddətinə azadlıqdan məhrum edilib. BBC-nin istinadən verdiyi məlumata görə, bu qərarı Qırğızıstanın hərbi məhkəməsi verib. Kurbanbek Bakiyevin qardaşı, Dövlət mühafizə xidmətinin rəhbəri Janış Bakiyev isə azadlıqdan ömürlük məhrum edilib. Hər iki qardaş 2010-cu ilin aprelində paytaxtın mərkəzi meydanında nümayişçilərin gülləlnməsi kimi ağır cinayətlərdə ittiham olunurlar. Qeyd edək ki, Qırğızıstanın eks-prezidenti və onun qardaşının hakimiyyəti devrilən kimi ölkəni tərk ediblər. Hazırda onlar Belarusda yaşayırlar. Siyasi sığınacağı isə onlara Belarus prezidenti Aleksandr Lukaşenko şəxsən təqdim edib. Qırğızıstan hakimiyyəti dəfələrlə Minskə müraciət ediblər. Lakin müraciətləri müsbət nəticə verməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?