Gundemxeber.az » Dünya » Özbəkistanda SSRİ-nin bərpasını təbliğ edən şəxs həbs edilib
Səmərqənddə SSRİ-nin bərpası üçün təbliğat aparan vətəndaş cinayət məsuliyyətinə cəlb edilib.
Təqaüdə çıxmazdan əvvəl “Vətənpərvər” təşkilatında işləyən şəxs 2023-cü ilin yanvarında Moskvaya səfəri zamanı SSRİ-nin yenidən qurulması tərəfdarları ilə görüşüb və Özbəkistanda bu ideyanın fəal təbliğatına başlayıb.
O, Özbəkistanın konstitusiya quruluşuna qəsd etməkdə ittiham olunur. Məhkəmə müəyyən edib ki, o, “Özbəkistan SSR/SSRİ” Teleqram qrupunda Özbəkistanın müstəqilliyinin illüziya olduğunu və keçmiş SSRİ respublikalarının tezliklə yenidən birləşəcəyini iddia edən materiallar yerləşdirib.
2024-cü il martın 6-da məlum olub ki, o, Özbəkistanın siyasi sistemində dəyişiklik etməyə çağıran video və audio materiallar dərc edib. Müttəhim Rusiya vətəndaşı Oleq Turişkinin mühazirəsindən ilhamlandığını bildirib.
Gundemxeber.az
20-11-2015, 01:20
14-07-2016, 22:48
18-01-2017, 00:24
25-12-2017, 18:52
25-05-2014, 13:14
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?