Ermənistanda konstitusiya çevrilişinin son epizodları dövlətçiliyə misilsiz zərbə vurdu.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli politoloq Ara Poqosyan yazıb.
Onun iddiasına görə, “2015-ci il konstitusiya çevrilişi” Ermənistanın müqavimətini minimuma endirdi.
“Məsələn, Serj Sarkisyan hələ də Konstitusiyasının 49-cu maddəsinin “Respublika Prezidenti Ermənistan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təminatçısıdır” müddəasının çıxarılmasının nə ilə izah olunduğunu izah etməyib. Niyə bu, baş nazirə həvalə edilmədi? Mövcud Konstitusiyaya görə, bu ən mühüm funksiya nə baş nazirə, nə prezidentə, nə də başqa bir orqana həvalə edilmir. Ona görə ki, ərazilər verilən (geri qaytarılan-red.) zaman heç kim cinayət məsuliyyətinə cəlb olunmasın. Konstitusiyanın dəyişdirilməsi və ya növbəti konstitusiya çevrilişi Ermənistan Respublikasının suverenliyinin məhvinə gətirib çıxaracaq”, -deyə revanşist ekspert bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?