ABŞ administrasiyası Hindistanın “Gotik Shipping Co” və “Plio Energy Cargo Shipping” şirkətlərinə sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin yazılı açıqlamasında deyilir.
Sanksiyalar bu şirkətlərin Rusiyanın ən böyük, özəl təbii qaz şirkəti olan “Novatek”in “Arctic LNG 2” layihəsində iştirakı iddiasına əsasən tətbiq olunub. "Arctic LNG 2", "Yamal LNG 2"dən sonra "Novatek"in 2-ci LNG istehsalı layihəsidir.
Məlumata görə, Palau bayrağı altında mayeləşdirilmiş təbii qazı (LNG) daşıyan iki tanker də qara siyahıya salınıb
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?