zərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi olan "SOCAR Trading" şirkətinə "Platts Global Energy Awards"ın mükafatı təqdim olunub. "Report"un "SOCAR Trading"ə istinadən verdiyi xəbərə görə, Nyu-Yorkda keçirilən təltifetmə mərasimdə şirkət "İlin strateji razılaşması" nominasiyasında mükafatlandırılıb. Şirkət bu mükafata Maltadakı LNG layihəsinə görə layiq görülüb. Qeyd edək ki, "Platts Global Energy Awards" 1999-cu ildə təsis edilib və enerji sahəsinin "Oskar"ı kimi qəbul olunur. Müsabiqə dünyanın enerji sektorunda 17 kateqoriya üzrə fəaliyyət istiqamətlərini əhatə edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?