Gundemxeber.az » Dünya » Tramp və Harris seçki kampaniyalarını davam etdirir və debata hazırlaşır
Birləşmiş Ştatlarda seçki gününə iki ay qaldığı bir vaxtda, prezidentliyə namizədlər Donald Tramp və Kamala Harris ilk debatlarında hazırlaşır və təşviqat kampaniyalarını iqtisadiyyatla bağlı aparır.
Donald Trampın seçkiqabağı təşviqat kampaniyasının diqqət mərkəzində iqtisadiyyat və Kamala Harris var.
“Bizim yoldaş Kamala Harris haqqında bildiyimiz budur. Onu Amerika xalqı, xüsusilə də çox çalışqan insanlar və ya orta təbəqə amerikalıar maraqlandırmır. Siz onun vecinə deyilsiniz,” Tramp deyib.
Harris kampaniyası deyir ki, Tramp korporasiyalara vergi endirimləri etməklə işçi sinif ailələrinə ziyan vuracaq.
“Orta təbəqənin formalaşdırılması mənim prezidentliyimin əsas məqsədi olacaq,” Prezidentliyə Demokrat namizəd Kamala Harris deyir.
Bu seçkidə seçicilər üçün əsas məsələ iqtisadiyyatdır. Siyasi məsləhətçi Hank Şeinkopf deyir ki, Haris bu məsəlini tez bir zamanda həll etməlidir.
“O, insanların benzinə nə üçün daha çox pul ödədiklərini, çörəyin qiymətinin niyə bu qədər olduğunu, və nə üçün həmin malların istehlaçılarının eyni pula onlara daha az məhsul verdiklərini başa salmalıdır,” o deyir.
Trampın vitse-prezidentliyə namizədi JD Vans deyir ki, Harrisə səs vermək ABŞ-da daha çox iş yerlərinin itirilməsi deməkdir.
“Ölkədəki ən güclü maraqları, pozulmuş bürokratiyanı, sizin iş yerlərinizi Çinə göndərərək, zəngin olan insanları düşünün. Onlar Kamala Harrisi istəyir. Onları məğlub etməyin və onlara qarşı mübarizə etməyin yeganə yolu bu noyabrdakı səsvermədir,” o bildirir.
Harrisin vitse-prezidentliyə namizədi Tim Valz isə deyir ki, ABŞ-da işçilərə sadiq olan Demokratlardır.
“Donald Tramp və JD Vansın ağlında fərqli şey var. Bu insanların zəhmətkeş insanlarla bağlı bildikləri yeganə şey onlardan necə sui-isitfadə etməkdir, onlara necə pul verməməkdir. Onlar hər fürsəttə, işçilərə və onların kollektiv bir şəkildə danışıqlar aparmaq imkanlarına qarşı mübarizə aparıb,” o söyləyir.
Seçkiyə iki ay vaxt qalıb və rəy sorğuları nəticələri iki namizədə dəstəyin bir-birinə çox yaxın olduğunu göstərir. Əksər rəy sorğularının nəticələrinə əsasən, Harris ölkə üzrə çox cüzi fərqlə Trampdan irəlidə gedir. Miçiqanlı seçici Deyvid Martinez Trampı dəstəkləyir.
“O, həqiqi amerikalı vətənpərvərdir. Məncə o, özündən çox bu ölkədə yaşayan insanlar haqda düşünür. Onun etdiyi hər şey kiməsə kömək etməyə yönəlib,” Martinez deyr.
Corciyalı seçici Bekka Raş Harrisi dəstəkləyir.
“Bilirsiniz, 2024-cü ildir, bizə yeni biri lazımdır, bizə yeni parlaq gələcək lazımdır,” o deyir.
Təşviqat kampaniyalarına davam edən Tramp və Harris gələn həftənin böyük bir hissəsini sentyabrın 10-da baş tutacaq ilk debatlarına hazırlaşaraq keçirəcəklər.
Gundemxeber.az
14-09-2020, 10:57
29-07-2024, 14:54
21-08-2020, 15:32
24-07-2024, 13:43
23-08-2024, 11:42
Sorğu
Yeni dizaynımız necədir?